İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb
- 22-09-2025, 17:46
- 426
Bu barədə İtaliya mediası xəbər verir.
Etirazlarda dəmir yolu, metro, yerüstü nəqliyyat işçiləri, fəhlələr və tələbələr iştirak edirlər. Romada etiraz təşəbbüslərinə taksi sürücüləri də qoşulublar.
Romanın mərkəzində keçirilən etirazlarda təxminən 20 min nəfər iştirak edir.
Etirazlar Genuya və Triest limanlarında keçirilir. Bundan başqa, etirazçılar Ravenna limanında İsrailə iki konteynerin göndərilməsinə mane olublar.