Aİ rəqəmsal avro ilə maliyyə müstəqilliyini gücləndirməyə çalışır
- 19-09-2025, 16:11
- 411
Bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, bu yeni rəqəmsal valyuta, hal-hazırda bazarda üstünlük təşkil edən ABŞ mənşəli Visa və Mastercard ödəniş sistemlərinə alternativ ola bilər.
Qeyd olunur ki, Avrozonada istifadə edilən avronun rəqəmsal ekvivalentinin yaradılması ilə bağlı müzakirələr artıq 6 ildir davam edir. Lakin bu il bu məsələ yenidən gündəmə gəlib. Səbəb isə Avropa İttifaqının enerji, maliyyə və müdafiə sahələrində xarici asılılığı azaltmaq niyyətidir.
Rəqəmsal avro Aİ-nin maliyyə sistemini daha avtonom və təhlükəsiz etmək üçün atılan strateji addımlardan biri kimi qiymətləndirilir.