Tramp ABŞ-da ukraynalı qadının qatilinə ölüm cəzası tələb edib
- 10-09-2025, 17:38
- 336
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Ukraynadan Amerikaya sülh və əmin-amanlıq üçün gəlmiş gözəl gənc xanımı belə zorakılıqla öldürən heyvan tez (şübhə yoxdur!) mühakimə olunmalı və yalnız edam cəzasına layiq görülməlidir. Başqa variant ola bilməz!!!”, – Tramp bildirib.
Qeyd edək ki, Şimali Karolina ştatının Şarlotta şəhərində 23 yaşlı İrina Zaruçuk tramvayda bıçaqlanaraq qətlə yetirilib.