Baş katib Putinə xəbərdarlıq edib: NATO ərazisinin hər qarışını qoruyacağıq
- 10-09-2025, 16:16
- 349
Brüsseldə jurnalistlərə açıqlama verən NATO Baş katibi Moskvanı sərt tənqid edib.
Baş katibin sözlərinə görə, hərbi alyans hücumun qəsdən olub-olmadığını müəyyən etmək üçün araşdırma aparır.
Rutte qeyd edib ki, Hava Hücumundan Müdafiə sistemləri daim hazır vəziyyətdədir.
“Mesajım aydındır: Ukraynadakı müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın və bilin ki, biz hazırıq, ayıq-sayığıq və NATO ərazisinin hər qarışını qoruyacağıq”, - Rutte vurğulayıb.