Baş prokuror beynəlxalq tədbirdə iştirak etmək üçün Sinqapura gedib
- 8-09-2025, 14:43
- 357
Tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanları arasında kiber cinayətkarlıqla mübarizə üsulları, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və digər aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.
Tədbirlərdə həmçinin Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev iştirak edir.