Türkiyə XİN-dən Minsk Qrupunun ləğvi ilə bağlı qərara - Münasibət
- 2-09-2025, 12:19
- 247
Türkiyə XİN bu barədə bəyanat yayıb.
“Minsk Qrupunun bağlanmasına və onunla əlaqəli strukturların ləğv edilməsinə dair ATƏT Nazirlər Şurası tərəfindən 2025-ci il sentyabrın 1-də qəbul edilən qərarı məmnuniyyətlə qarşılayırıq.
İki ölkənin birgə səyləri ilə mümkün olan bu tarixi qərar Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin önəmli mərhələlərindən birini təşkil edir”, - məlumatda bildirilib.