Fransa parlamentində Makronun istefası irəli sürüləcək
- 2-09-2025, 08:40
- 287
Bu barədə partiyanın parlament fraksiyasının lideri Matilda Pano "X" sosial şəbəkəsində bildirib.
"8 sentyabrda biz Bayrunun getməsinə məcbur edəcəyik. 9 sentyabrda isə respublika prezidentinin vəzifədən kənarlaşdırılması təklifini irəli sürəcəyik", - o qeyd edib.
Siyasətçi xatırladıb ki, Makron 2024-cü il parlament seçkilərində sol qüvvələrin qələbəsinə baxmayaraq, sol qüvvələrin namizədini baş nazir təyin etməkdən imtina edib. Onun sözlərinə görə, bu, Beşinci Respublika tarixində ilk dəfə baş verib.