ÇXR Sədri: BMT-nin nüfuzu və təsir gücü bərpa olunmalıdır
- 31-08-2025, 15:00
- 468
Bunu BMT-nin Baş katibi Antoniu Quterreş ilə keçirdiyi görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.
O qeyd edib ki, Çin BMT ilə əməkdaşlığı dərinləşdirməyə, onun beynəlxalq məsələlərdə mərkəzi rolunu dəstəkləməyə və qlobal sülhün qorunması məsuliyyətini üzərinə götürməyə hazırdır.
Cinpin əlavə edib ki, son yüz ildə görünməmiş dərin qlobal dəyişikliklər fonunda Çin sabitlik və etibarlılıq mənbəyi kimi çıxış edir.