Si Cinpin: Çin və Ermənistan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub
- 31-08-2025, 11:00
- 247
"Report"un Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən məlumatına görə, bu barədə Si Cinpin Nikol Paşinyanla Tiencin şəhərində keçirdiyi görüşdə danışıb.
"Strateji tərəfdaşlığın qurulması iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm mərhələdir", – deyə Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.