İsrailin İrana atdığı raket 2 ay sonra partladı - ölən və yaralananlar var
- 20-08-2025, 11:59
- 325
İran dövlət televiziyasına istinadən xəbər verir ki, iyun ayında İsrailin Lorestan əyalətinə hücumları zamanı atılan partlamamış raket Beyran Şəhr rayonundakı kənddə partlayıb. Partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, 9 nəfər yaralanıb.
Xəsarət alanların hamısının uşaq və gənclər olduğu bildirilib.