Türkiyədə ağır yol qəzası olub, ölənlər var
- 19-08-2025, 10:30
- 309
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, minik avtomobili 70 metrlik uçuruma yuvarlanıb. Hadisə nəticəsində aralarında azyaşlı da olmaqla 5 nəfər ölüb.
Əraziyə jandarm, xilasedicilər, təcili yardım əməkdaşları cəlb edilib.
Qeyd edilir ki, hadisəyə sürücünün nəqliyyat vasitəsində idarəetməni itirməsi səbəb olub.
Qəza ilə bağlı araşdırma aparılır.