Rusiya PUA-ları SOCAR-ın Odessadakı obyektini vurdu
- 18-08-2025, 09:54
- 323
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Avqustun 17-də axşam saatlarında Odessada partlayışlar baş verib. Bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib. Monitorinq kanallarının məlumatına görə, 30-a qədər hücumçu PUA müxtəlif istiqamətlərdən Odessaya doğru hərəkət edib.
SOCAR-ın yanacaqdoldurma məntəqəsininin "Şahed" dronu ilə vurulduğu bildirilib.