Ağ Ev: Məqsəd hər zaman sülhdür
- 16-08-2025, 08:44
- 246
Ağ Ev "X" sosial şəbəkəsində ABŞ və Rusiya liderlərinin ağ-qara şəklini paylaşıb.
Sözügedən şəklə "Məqsəd hər zaman sülhdür" cümləsi əlavə edilib.
Bundan başqa, Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq Tramp və Putin görüşünün uğursuz başa çatdığına dair xəbərlərin dezinformasiya olduğunu bildirib.