Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib, ölən və yaralananlar var
- 12-08-2025, 11:16
- 252
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bəyanatında deyilir.
"Bu gecə Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, 1 hərbçi həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Daha 12 hərbçi akustik travma və kəskin stress şikayətləri ilə tibbi yardım üçün müraciət edib”, - məlumatda deyilir.
Hadisə yerində fövqəladə hallar üzrə yardım xidmətləri işləyir. Yaralılara təcili olaraq bütün lazımi tibbi yardım göstərilir.