KİV: Cənubi Koreya Şimali Koreya ilə sərhəddən təbliğat səsgücləndiricilərini yığışdıracaq
- 4-08-2025, 09:24
- 342
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Seul bu qərarın gərginliyi azaltmaq üçün tədbir kimi qəbul edildiyini bildirib.
İyunun 11-də Koreya Respublikasının yeni prezidenti Li Çje Myo sərhəddə bu avadanlıqdan yayımların dayandırılmasını əmr edib. İyulun 21-də Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti (MİX) ilk dəfə KXDR-də yayımlanan bir sıra radiostansiyaların fəaliyyətini dayandırıb.
Qeyd edək ki, iyunun əvvəlində vəzifəyə başlayan Li Çje Myo, sələfindən fərqli olaraq, Pxenyanla dialoqun tərəfdarıdır.