“İŞİD-in sayılı günləri qalıb” - ABŞ Müdafiə naziri
- 22-08-2017, 12:27
- 83 001
Bu haqda Mettis gözlənilməz Bağdad səfəri zamanı danışıb. Nazir qruplaşmanın məğlubiyyəti haqda danışmağın isə hələ tez olduğunu vurğulayıb:
“Gördüyünüz kimi İŞİD rəqib gücləri arasında sıxılır. Beləliklə, İŞİD-in günləri sayılıdır, lakin onların axırına çıxmamışıq və bu, yaxın vaxtlarda baş tutmayacaq".
O, həmçinin bildirib ki, yüksək hərbi rəhbərlik öz işini sakit görməlidir, döyüşün mümkün nəticələri ilə bağlı proqnozlardan qaçmalıdır.