Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq
- 28-07-2025, 18:37
- 365
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, Türkiyə bu savaşla bağlı balanslı və sülhü müdafiə edən siyasət yeridib: "Taxıl dəhlizi, əsir mübadiləsi sülhə olan inamımızın nəticəsidir. Mayın 16-da təşkil olunan müzakirələrin birinci turundan sonra min əsir mübadiləsi həyata keçirildi. İyunun 2-də baş tutan ikinci turdan sonra 7 min 60 ukraynalı hərbçinin nəşi qarşılığında 97 rus hərbçisinin cənazəsi təhvil verildi".
Ərdoğan söyləyib ki, iyulun 23-də baş tutan üçüncü raunddan sonra ən azı 1200 əsir dəyişdirilib: "Bu müharibənin artıq bitməsi lazım olduğuna inanırıq. Hər fürsətdə deyirik ki, ev sahibliyinə hazırıq".