Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
- 28-07-2025, 18:18
- 390
Bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” hesabında yazıb.
"Biz ABŞ Prezidenti Donald Trampla birlikdə bu münaqişəyə son qoyulmasına sadiqik", - o bildirib.
Xatırladaq ki, bu gün Malayziyada aparılan danışıqlar zamanı Kamboca və Tailand 24 saat ərzində qüvvəyə minəcək atəşkəs barədə razılığa gəlib.