İsrail Qəzzada hərbi əməliyyatı genişləndirir
- 19-07-2025, 14:38
- 280
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qoşunlar Qəzzada terrorçuları öldürmək və terror infrastrukturu obyektlərini məhv etmək üçün zərbələr endirərək əməliyyatı genişləndirirlər", - bəyanatda deyilir.
Məlumatda bildirilib ki, Qəzza zolağının şimal və mərkəzi hissəsində hərbi əməliyyat çərçivəsində son 24 saat ərzində İsrail hərbçiləri bir sıra raket qurğularını və "düşmən infrastrukturu obyektlərini" məhv ediblər.