Qətər İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasında iştirak edir
- 30-06-2025, 16:14
- 357
Bu barədə Qətərin Baş nazirinin müşaviri, XİN rəsmisi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Hazırda Qətər bu prosesdə fəal şəkildə iştirak edir, tərəflərlə, demək olar ki, gündəlik əsasda əlaqə saxlanılır", - o, brifinqdə Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqlara toxunaraq deyib.