Türkiyədə meşə yanğınları ilə əlaqədar 50 mindən çox adam təxliyə edilib

Dünya

 
Türkiyənin İzmir, Biləcik və Hatay bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar 50 mindən çox insan təhlükəsiz əraziyə təxliyə edilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial media hesabında paylaşım edib.

Nazir qeyd edib ki, Biləcikdə 64 yaşayış evi, 3 iş yeri və 20 tövlə, İzmirdə isə 132 yaşayış evi və 1 iş yeri ynğınlardan zərər görüb.