KİV: ABŞ İranın atəşkəsi pozacağı təqdirdə İsrailə sərbəst hərəkət etmək azadlığı verib
- 25-06-2025, 14:17
- 355
Bu barədə “The Washington Post” məlumat yayıb.
"Razılaşma çərçivəsində ABŞ hakimiyyəti İsrailin İran tərəfindən atəşkəsin pozulmasına cavab olaraq sərbəst hərəkət etmək azadlığının olacağını bildirib", - qəzet yazıb.
Qeyd edək ki, İsrail tərəfi çərşənbə axşamı atəşkəs elan edildikdən sonra İranın İsrailə doğru raketlər atdığını, İran hərbçiləri isə atəşkəsi pozmadıqlarını bildiriblər.