Əraqçi: İsrailin zərbələri İranın nüvə proqramı üzrə mümkün razılaşmanı pozub
- 20-06-2025, 18:21
- 143
Bunu İran XİN başçısı Cenevrədə BMT Şurasında çıxışı zamanı bildirib.
"Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bütün gücümüzlə qorumağa qərarlıyıq. Biz iyunun 15-də amerikalılarla nüvə proqramımızla bağlı razılaşma hazırlamaq üçün görüşməli idik. İsrailin hücumu isə diplomatiyaya xəyanət oldu", - o qeyd edib.
A.Əraqçinin sözlərinə görə, İsrailin İrandakı nüvə obyektlərinə zərbələri ağır hərbi cinayətlərdir.
Qeyd edək ki, Cenevrədə A.Əraqçinin Böyük Britaniya, Fransa və Almaniyadan olan həmkarları ilə görüşü planlaşdırılır.