Qrossi: İran nüvə bombası hazırlamırdı
- 20-06-2025, 08:39
- 124
Bu barədə o, “La Nacion” qəzetinə müsahibəsində bildirib.
“Hazırkı cavab "xeyr"dir. Lakin onun buna aparan bir çox elementləri var idi”, – Qrossi “İran nüvə bombası hazırlayırdımı?” sualına cavab verib.
Qrossi həmçinin İranın nüvə bombası hazırlaması üçün nə qədər vaxt lazım ola biləcəyi barədə spekulyasiyalardan çəkinməyi tövsiyə edib. “Xronoloji məsələlərə böyük ehtiyatla yanaşmaq lazımdır. Hamımız İraqın silahdan istifadə etməsi üçün 45 dəqiqə lazım olduğu barədə faciəvi bəyanatları xatırlayırıq...”, – qurum başçısı vurğulayıb.