İran İsrailə zərbələrin dayandırılması üçün şərtləri açıqlayıb

Dünya

 İranın zərbələri yalnız İsrail "cəzalandırıldıqda" və respublikaya təzminat ödədikdə dayandırılacaq.

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

"Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək", - bəyanatda qeyd olunub.