İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb
- 18-06-2025, 17:47
- 132
Bu barədə “Mehr” agentliyi İran polisinin rəsmi nümayəndəsi Səid Möntəzir əl-Mehdinin sözlərindən sitat gətirir.
O iddia edir ki, "İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi qabaqlayıcı tədbirlər görərək pilotsuz təyyarələr daşıyan 3 nəqliyyat vasitəsini, həmçinin daşınma prosesində şübhəli bilinən şəxsləri aşkar edərək saxlayıb".
İraqın sərhəd xidməti bu hadisə ilə bağlı rəsmi açıqlama verməyib.