Azərbaycanlılarla taciklər arasında qanlı dava: onlarla yaralı var

Dünya

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlılarla taciklər arasında dava düşüb. Yerli KİV-ə istinadən məlumata görə, hadisə şəhərin Kanavinsk rayonunda yerləşən bazarda baş verib.

Məlumata görə, davada hər iki tərəfdən 200-dən çox şəxs iştirak edib. 30-dan çox şəxs bıçaq zərbəsi alıb, xəstəxanaya yerləşdirilib. 20 nəfər isə saxlanılaraq polisə aparılıb.Yerli polis hazırda bazarı bağlayıb, ora heç kim buraxılmır.

Araşdırma gedir.