Livanda "Hizbullah"ın raket bölməsinin komandiri öldürülüb

Dünya

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Livanın cənubunda "Hizbullah" hərəkatının raket bölməsinin komandiri Məhəmməd Əli Camulun öldürüldüyünü bildirib.

Bu barədə İsrail KİV-i məlumat yayıb.

"IDF qüvvələrinin Livanın cənubuna endirdiyi zərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin komandiri, terrorçu Məhəmməd Əli Camul öldürülüb", - məlumatda qeyd olunub.