Tailandda polis helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
- 24-05-2025, 13:57
- 206
Hadisə Nonq Kok kəndində baş verib.
“Şənbə günü gündüz saatlarında helikopter qəzaya uğrayıb və alovlanıb. Üç nəfər ölüb, bir nəfər isə paraşütlə tullanıb, onun vəziyyəti hələ ki məlum deyil”, - məlumatda deyilir.
Səlahiyyətlilərin məlumatına görə, “Bell 212” helikopteri Kançanaburi əyaləti polisinin aviasiya bölməsinə məxsus olub.
Təyyarənin uçuş zamanı texniki problemlərlə üzləşdiyi bildirilir.