ABŞ və HƏMAS arasında keçirilən danışıqlara fələstinəsilli amerikalı rəhbərlik edib
- 21-05-2025, 17:09
- 482
Bu barədə CNN telekanalı mənbəyə istinadən xəbər verir.
"Dohadakı amerikalı vasitəçi vasitəsilə ABŞ bu həftə HƏMAS ilə danışıqlar aparıb. ABŞ tərəfindən danışıqlara fələstin əsilli amerikalı Bişara Bahbah rəhbərlik edib", - mənbə bildirib.
B.Bahbah 2024-cü il seçki kampaniyası zamanı Donald Trampı dəstəkləyən ərəbəsilli amerikalılar qrupuna rəhbərlik edib. O, həmçinin Tramp administrasiyası adından danışıqlarda iştirak edib, daha əvvəl isə HƏMAS ilə qeyri-rəsmi əlaqə kanalı qurub. Bu da Amerika vətəndaşlığı olan İsrail hərbçisi İdan Aleksandrın Qəzza zolağından azad edilməsinə imkan verib.