İstanbulda Ukraynanı o təmsil edəcək - Zelenski TƏSDİQLƏDİ
- 15-05-2025, 18:26
- 283
Zelenski Ukrayna nümayəndə heyətini İstanbula göndərdiyini təsdiqləyib
O, bu barədə Türkiyə prezidenti Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətinin rəhbəri Ukraynanın müdafiə naziri Rustem Umerov olacaq.
Ukrayna prezidenti əlavə edib ki, Ukrayna nümayəndə heyətinin atəşkəs məsələsini müzakirə etmək mandatı var.