Karib dənizində güclü zəlzələ baş verib
- 4-05-2025, 14:00
- 358
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:58-də (Bakı vaxtı ilə 10:58) təxminən 8,4 min nəfər əhalisi olan Roud Taun şəhərindən (Britaniya Virciniya adaları) 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ dərinliyi 20 kilometr olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.