Kəşmirdə terror törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub
- 25-04-2025, 10:38
- 408
Bu barədə PTI agentliyi məlumat yayıb.
Rəsmilərin agentliyə verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri "Ləşkər-e-Taiba" qruplaşmasının iki üzvünün evlərində axtarış apardığı zaman bu binalarda yerləşdirilmiş partlayıcı qurğu partlayıb.
Partlayış nəticəsində binalar dağılıb. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.