Tbilisidə Azərbaycan-Ermənistan danışıqları müzakirə olundu
- 24-04-2025, 18:49
- 480
Bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstandakı daxili siyasi vəziyyət və cari proseslər, bu ilin payızında keçiriləcək yerli seçkilər, Avropa İttifaqına inteqrasiya və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Əsas müzakirə mövzularından biri Gürcüstanın ATƏT ilə əməkdaşlığı olub. N.Samxaradze Gürcüstanın təşkilatın fəal üzvü olduğunu qeyd edib.
Regional təhlükəsizlik məsələlərinə də toxunan tərəflər davam edən Rusiya-Ukrayna müharibəsi, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar və onların regional təhlükəsizliyin və sabitliyin təminatı prosesində əhəmiyyətini müzakirə ediblər.
Teleqraf