Kraliça xəstəxanaya yerləşdirilib
- 22-04-2025, 15:33
- 472
Sarayın açıqlamasına görə, kraliça Pasxa bayramlarını keçirdiyi Sikkilsdalendəki kral dağ evindən tibbi helikopterlə xəstəxanaya çatdırılıb.
1924-cü ildən bəri Norveç kral ailəsi Pasxa bayramlarının çoxunu bu dağ evində keçirir. Kraliça Sonya sürətli və nizamsız ürək döyüntüsü olan fibrilasiya ilə bağlı yanvar ayında qısa müddətə xəstəxanaya yerləşdirilmişdi.
Daha sonra o, kardiostimulyator taxdırdı.
Onun əri, 88 yaşlı kral Harald Avropanın ən yaşlı monarxıdır. Harald da 2024-cü ilin martında Malayziyada şəxsi tətildə olarkən infeksiyaya yoluxmuş və sonra kardiostimulyator taxdırmışdı.