Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb

Dünya

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti növbəti dəfə uzadılıb.

Müvafiq qanunları ölkə Prezidenti Volodimir Zelenski təsdiqləyib.

Qanun layihələrinə əsasən, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il mayın 9-dan etibarən 90 gün müddətinə, yəni avqustun 6-dək uzadılıb.