Britaniyada polis Leyboristlər Partiyasından olan deputatı həbs edib
- 6-04-2025, 11:00
- 275
Bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
"Den Norris polisin evinə basqın etdikdən sonra nəzarətə götürülüb", - qəzet yazır.
Həbsindən sonra Norris partiyadan uzaqlaşdırılıb.
İşi araşdıran Eyvon və Somerset qraflığı polisindən bildirilib ki, 2024-cü ilin dekabr ayında başqa qraflığın polis idarəsi uşaqlara qarşı cinsi cinayətlərin törədilmısi iddiası ilə bağlı işi onlara yönləndirib: "Bunların əksəriyyətinin 2000-ci illərdə baş verdiyi güman edilir, lakin biz 2020-ci illərə aid zorlama iddialarını da araşdırırıq".
Hazırda istintaqın ilkin mərhələdə olduğu bildirilir.