Tramp İranı bombalasa... - Xameneidən CAVAB

Dünya

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İranı yenidən hədələyib. O, nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranın bombalanacağını bildirib.

"Əgər onlar razılığa gəlməsələr, bombalama olacaq," – deyə Tramp müsahibəsində bildirib və əlavə edib: "Bu, onların indiyə qədər gördüyü ən güclü bombalama olacaq."

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei Trampın çıxışına münasibət bildirib.

O deyib ki, Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək. “Onlar (ABŞ və İsrail) bizi hədələyirlər. Əgər onlar hər hansı bir pis niyyətlə hərəkət etsələr – bu çox da mümkün deyil – şübhəsiz ki, güclü və qarşılıqlı zərbə alacaqlar”, – Xamenei qeyd edib.