HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
- 7-03-2025, 17:59
- 356
Bu barədə Misirin dövlət informasiya xidməti məlumat yayıb.
“HƏMAS nümayəndələri Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsini və sazişin ikinci mərhələsi üzrə danışıqların başlanmasını müzakirə etmək üçün Qahirəyə gəliblər”, - məlumatda bildirib.
Qeyd olunub ki, Qahirə bütün tərəflərlə əlaqə saxlayır və razılaşmanın ikinci mərhələsinə keçidi sürətləndirməyə çalışır.