Almaniyada məhkəmə binası qarşısında atışma olub
- 26-02-2025, 18:47
- 326
Bu barədə xarici KİV məlumat yayıb.
Bielefelddə məhkəmə binası qarşısında atəş səsləri eşidilib, polis hadisə yerində işləyir.
“Bild” nəşrinin məlumatına görə, hadisə şahidləri bir neçə yaralının yerdə uzandığını bildiriblər.
Hücum edənlər haqqında dəqiq məlumat yoxdur. Nəşr yazır ki, onların iki nəfər olduğu ehtimal edilir. Həmin şəxslərdən biri artıq saxlanılıb.