Serbiya USAID-dən maliyyə alan qrupları araşdırır
- 25-02-2025, 19:07
- 390
Bu barədə AFP məlumat yayıb.
Serbiya prokurorları ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) alınan vəsaitlərin sui-istifadəsi iddiası ilə bir neçə vətəndaş cəmiyyəti qrupuna qarşı araşdırmaya başlayıb.
Serbiyanın Baş prokuror Nenad Stefanoviç bildirib ki, istintaq dörd təşkilatla bağlı aparılır: "Səlahiyyətlilər USAID tərəfindən verilən ianələrlə bağlı bütün sənədlərə həbs qoyulmasını tələb ediblər".