ABŞ Suriyadan qoşunların tam çıxarılması ilə bağlı planlar hazırlayır
- 5-02-2025, 16:00
- 300
Bu barədə “NBC News”a ABŞ müdafiə idarəsinin nümayəndələri məlumat verib.
Rəsmilərin sözlərinə görə, Prezident Donald Tramp və Vaşinqton administrasiyasının 10-a yaxın nümayəndəsi son vaxtlar Suriyadan ABŞ qoşunlarının tam çıxarılmasına maraq göstəriblər.
ABŞ-nin yeni administrasiyasının bu bəyanatı Pentaqon rəsmilərini 30, 60 və ya 90 gün ərzində bu addımın həyata keçirilməsi üçün planlar hazırlamağa sövq edib.