Əhməd əş-Şaranın Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb
- 4-02-2025, 09:05
- 321
Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq.
Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.
Qeyd edək k, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.