İsrail Ordusu İordan çayının qərb sahilində əməliyyatları genişləndirib
- 2-02-2025, 17:00
- 544
Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
"Təhlükəsizlik qüvvələri Samariyanın şimalında terrorun qarşısının alınması əməliyyatını davam etdirir, eyni zamanda İsrail vətəndaşlarının təhlükəsizliyini təmin edir", - məlumatda bildirilib.
Qeyd olunub ki, Bisal briqadasının döyüş qrupu yanvar ayında 10 terrorçunun öldürüldüyü hava hücumundan sonra Tammunda fəaliyyətə başlayıb.
Bundan əlavə, Ordu fevralın 1-də İordan çayının qərb sahilinin şimalında Kabatiya və Cenində silahlı qruplaşmalara qarşı üç hava hücumu həyata keçirdiyini təsdiqləyib.
Xatırladaq ki, yanvarın 21-də İsrail Ordusunun mətbuat xidməti təhlükəsizlik qüvvələrinin Cenin şəhərinin “Dəmir Divar” adlandırılan ərazisində genişmiqyaslı əməliyyata başladığı barədə məlumat vermişdi. Yanvarın 27-də hərbçilər İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərm şəhərində əməliyyata başladığını elan ediblər.