Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var
- 2-02-2025, 12:00
- 343
Bu barədə “The Mercury News” məlumat yayıb.
Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib.
Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı zavodunun bütün işçiləri təxliyə edilib.