Azad edilmiş səkkiz fələstinli Misirə deportasiya ediləcək

Dünya

 Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində bu gün İsrail həbsxanalarından azad edilməsi planlaşdırılan ən azı 8 fələstinli məhbus Misirə deportasiya ediləcək.

Bu barədə "Əl-Qahira əl-İxbariya" telekanalı məlumat yayıb.

Kanal deportasiya ediləcək şəxslərin kimliyini açıqlamayıb. Onların üçüncü ölkələrə göndəriləcəyi və ya Misirdə qalacağı barədə də məlumat yoxdur.