BMT açıqladı: 4 ölkədə aclıq gözlənilir
- 10-08-2017, 10:51
- 141 602
Xarici mediayaya istinadən xəbər veririk ki, yayılan bildirişdə qıtlığın səbəbi adı çəkilən bölgələrdə baş verən müharibələrin olduğu deyilir. Komitə bu ölkələrdə baş verən proseslərdən narahat olduqlarını bildirib.
BMT ilk dəfədir müharibənin qıtlığa səbəb olduğunu əks etdirən mətnə imza atıb. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Halley də bu fikirlə razılaşdıqlarını deyib.
Bildirişdə BMT katibi Antonio Quterresə dörd ölkəyə humanitar yardımın çatdırılması və tərəflərin buna mane olmaması üçün həll yollarının tapılması barədə tələb irəli sürülür.