Britaniyada ABŞ-nin ardınca ÜST-dən çıxmağa çağırış edilib
- 21-01-2025, 11:55
- 333
O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Prezident Donald Tramp ABŞ-nin ÜST-dən çıxması barədə fərman imzalayıb. Ölkəmiz də eyni addımı atmalıdır", - D.Kerten bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.
Daha əvvəl “Financial Times” qəzeti yazıb ki, ABŞ ÜST-dən çıxdığı təqdirdə, təşkilat maliyyələşmənin böyük hissəsini itirə bilər.