Makron Trampa söz atdı: "Müharibə sabah dayanmayacaq"
- 21-01-2025, 09:02
- 318
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
O, ordunu gücləndirmək üçün çoxlu sayda gənci səfərbər etmək istəyir və bunun üçün layihə ilə çıxış edib.
Layihə hələ də çox qeyri-müəyyəndir və işlənməlidir, lakin Makron bu mərhələdə onun mahiyyəti haqqında düşünməyi təklif edib.
“Özümüzü aldatmayaq, Ukraynadakı münaqişə sabah və ya birigün bitməyəcək”, - deyə o, Ukraynadakı müharibəyə tez bir zamanda son qoyacağını vəd edən Donald Trampın ABŞ-nin 47-ci prezident kimi vəzifəyə başladığı anda deyib.
Makronun fikrincə, müharibə bitdikdən sonra da Avropanın təhlükəsizliyinə təhdidlər aradan qalxmayacaq, bəlkə də daha da artacaq:
“Bu günün problemi Ukraynaya sağ qalmaq üçün vasitə və güclü mövqedən gələcək danışıqlara başlamaq imkanı verməkdir:
Makron Avropada “ümumi strateji oyanış”a çağırıb və bildirib ki, avropalılar özləri bununla məşğul olmasalar, Avropada sülh və təhlükəsizlik ola bilməz.