Ərdoğan: Əsəd rejimi Suriyanı narkotik maddə istehsal edilən böyük bir əraziyə çevirmişdi
- 10-01-2025, 16:24
- 264
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli şəhərində deyib.
Onun sözlərinə görə, Türkiyə Suriyada müxalifətin qalib gəlməsi ilə Əsəd rejiminin çökməsindən bir daha məmnuniyyətini ifadə edir:
"Türkiyə terrordan xeyli əziyyət çəkmiş ölkədir. Əsəd rejimi Suriyanı böyük bir narkotik maddə istehsal edilən əraziyə çevirmişdi. Bunlar heç kəsə sirr deyil”.